Əlini itirən aşpaza əl hədiyyə olundu - Video
20.9.2013

Uzun illərdir yaxtın göyərtəsində yemək hazırlayan, dünya okeanının sərhədlərini aşan, həmçinin həris səyahətçi və idmançı, amerikalı peşəkar aşpaz Eduardo Qarsiyanı iki il öncə güclü elektrik cərəyanı vurub və nəticədə o, əlindən məhrum olub.

Bu ay ona yeni bionik əl veriblər və indi o sevdiyi məşğuliyyətinə qayıda bilər.

25 cürə müxtəlif tutmaq qabiliyyəti olan əl Britaniyanın “Touch Bionics” şirkəti tərəfindən hazırlanıb.

“The Hufftington Post” yazır ki, bu super-müasir protez dirsəyə qədərdir və aşpaza hətta vanilin nazik qabığının soyulması kimi çətin işləri görmək imkanı verir.
Video

gun.az