Mövsümi dəyişikliklər psixoloji və fizioloji baxımdan xəstəliklərə gətirib çıxarır. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə düzgün qidalanmaq, idman etmək və günəş şüasından mümkün qədər faydalanmaq lazımdır.
Payızda günəş şüasının azalması “xoşbəxtlik hormonu” adlanan seratoninin ifrazının aşağı düşməsinə səbəb olur ki, bu da ruhi düşkünlüyə, depressiyaya gətirib çıxarır. Depressiya zamanı bədəndə enerjinin azalması halları ilə yanaşı, ətrafa marağın azalması halları da baş qaldırır.
Digər tərəfdən, iştahasızlıq və yuxusuzluq halları da depressiyaya xas olan hallardandır. Belə insanlar hər şeyə məyus olur və ağlamağa meyilli olurlar. Bu vəziyyət isə əmək qabiliyyətinin aşağı düşməsinə yol açır. Hava buludlu olsa da, səhər və ya günorta 20-30 dəqiqə açıq havada gəzmək, idman etmək, düzgün qidalanmaq, bol su içmək və çox yatmamaq tövsiyə olunur.
Big.az