Bir milyondan çox dinləyici auditoriyası olan “BBC 3” radiosunun növbəti
layihəsi çərçivəsində üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş
disk hazırlanıb. Bunlar xalq artisti Alim Qasımov, əməkdar artist
Fərqanə Qasımova, eyni zamanda son illər uzaq ölkələrin səhnələrində
çıxışlar edən xanəndə Qoçaq Əsgərovdur.
Q. Əsgərovun sözlərinə görə,
qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6
aydan bir tirajını artırmağa qərar verib. Xanəndə bildirib ki, radio
nümayəndələri ilə onun tanışlığı 2007-ci ilə təsadüf edir. Bakıda
səfərdə olan bir qrup şəxs azərbaycanlı ifaçını dinlədikdən sonra onun
ifasını elə burada lentə yazdırıblar. Diski alanlar Alim Qasımov və
Fərqanə Qasımovanın ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında
isə «Ay qız» xalq mahnısı və «Şahnaz» muğamını dinləyə bilərlər.
APA