Azərbaycanda hər bir alıcı orta hesabla ayda 85 manatlıq ərzaq malları alıb
23.9.2013

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən istehlakçılara satılmış ərzaq məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 6 343,3 mln. manata çatıb.

Hesabat dövründə qeyri-ərzaq mallarının həcmi 21,6% artaraq 5 864,7 mln. manata bərabər olub.

Ticarət dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 52,0% olub. Keçən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 43,7%-dən 48,0%-dək yüksəlib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrindən orta hesabla ayda 85,2 manatlıq ərzaq, 78,8 manatlıq qeyri-ərzaq malları alıb.

APA