Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq. Bunu Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya
İnstitutunun direktoru Akif Əlizadə institutda 2011-ci ilin yekunlarına
həsr olunan konfransda bildirib. A. Əlizadə Azərbaycanın sürüşməyə
meylli ərazilərinin adlarını da açıqlayıb. Onun sözlərinə görə, bu
ərazilər Bakı-Abşeron, Mingəçevir, Lənkəran-Talış zonası, Böyük Qafqazın
cənub yamacıdır.
İnstitut direktoru deyib ki, bunlar Azərbaycanın geoloji baxımdan zəif
nöqtələrdir və bu nöqtələrin hər birinin sürüşmə xəritələrinin
hazırlanması çox vacibdir.