Valideynlər yeni doğulmuş övladları haqqında şəhadətnamənin surətini daha asan əldə edəcəklər
23.9.2013

Səhiyyə Nazirliyi “Doğum haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı növbəti elektron xidmətini “Elektron hökumət” portalı vasitəsilə istifadəyə vermişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, yeni xidmətdən istifadə etmək üçün portala girərək, nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamənin surətini əldə etməsi mümkündür.

AzərTAc