Ruslar Avropanın ən kobud, belçikalılar isə ən nəzakətli turistləri hesab olunurlar
23.9.2013

2013-cü ilin yay fəslini turist səfərlərində keçirən avropalılar arasında aparılan rəy sorğusuna əsasən, ruslar Avropanın ən kobud və səs-küylü turistləri hesab olunmuşlar.

Avropanın 20 ölkəsindən 12 min turistin iştirak etdiyi sorğu əsasında hazırlanan siyahıda kobudluqlarına görə ruslardan bir o qədər də geridə qalmayan almanlar ikinci yeri tuturlar. Özündən tez çıxan britaniyalı turistlər üçüncü, tələbkar fransızlar isə dördüncü yerdə qərarlaşmışlar.
Nəzakətli turistlərin siyahısına isə xoş rəftarlarına və mülayim xasiyyətlərinə görə fərqlənən belçikalılar başçılıq edirlər. Skandinaviya ölkələrinin turistləri ikinci, yunanlar isə üçüncü yeri tuturlar.

AzərTac