İllər, qərinələr əvvəl bu məkan şəhərin zibilxanalarından biri idi. Lakin
okean dalğaları sahilə çırpıldıqca zibilxana dəyişib və indi
turistlərin axışdığı yerə çevrilib. Şimali Kaliforniyada, Fort-Breqqin yaxınlığındakı çimərlik indi "Şüşə çimərlik" adlanır.
1949-cu ildən bəri bura atılan zibilləri okean suları yuyub aparıb, şüşələri isə az qala bəzən əşyalarına, muncuqlara çevirib.