Məşhur rəqqas Çaplin olub - VİDEO
23.9.2013

Tanınmış rəqqas İlham Kərimli məşhur kino ustası Çarli Çaplinin obrazını canlandırıb.

Rəqqas onun obrazını əks etdirən yeni rəqs nömrəsi ilə tamaşaçıların qarşısına çıxacaq. İ. Kərimli açıqlamasında rəqsə xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyini bildirdi. Rəqsin məhz İ.Kərimlinin ifa etməsi ideyası da F.Vəliyeva məxsusdur:
“Fərhad müəllim bir rəqqas kimi məni fərqli janrlarda da görmək istəyirdi. Ç.Çaplin də öz möhürünü vurmuş insandır. Fərhad müəllim hər zaman bu rəqsin məndə alınacağını əmin olub. Özümə də bu obraz hər zaman maraqlı idi. Rəq estrada janrına daha yaxındır və içərisində step hərəkətlərdən də istifadə edilib. Fərhad müəllim rəqqas kimi üslubumu, janrımı dəyişməyi təklif edirdi və bildiridi ki, estrada janrında rəqsləri də bacararam”.
Video

publika.az