İngilis elm adamları atmosferin 12 və 50-ci kilometrliyində olan stratosferin 27-ci kilometrinə dirijabl göndərərək araşdırma aparıb. Onlar kürənin üzərində qəribə zərrəciklərə rast gəldiklərini və bunun yadplanetlilərin yaşadığının sübutu olduğunu söyləyib.
Araşdırmadan sonra şarın üzərində bioloji orqanizmlər olduğunu ifadə edən Şeffield Universiteti professorlarından Milton VainVrayt, “Orqanizmlərin Yer üzünə aid olmadığına 95% əminəm” deyə bildirib.
Professor və qrupu deyir ki, bu araşdırma doğrudursa, həyatın dünyaya qalaktikadan da gəlmək ehtimalı var. Belə bir vəziyyət isə bu vaxta qədərki bütün bioloji və təkamül nəzəriyyələrini çürüdür.
Əvvəl aparılmış bir araşdırmaya görə, dünyadakı həyatın meteor yağışları nəticəsində meydana gəldiyi deyilmişdi.
publika.az