Azərbaycanın şimal bölgəsinə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, 3000 metrdən yuxarı dağlıq ərazilərə qar düşüb.
Son günlər şimal bölgəsində fasilələrlə güclü yağış yağır. Ən çox yağıntı Quba rayonunun Təngəaltı kəndi ərazisinə yağıb. Bura 22 mm yağıntı düşüb. Çaylarda suyun səviyyəsi artıb. Vəlvələçayda suyun səviyyəsi 43 sm, Qudyalçayda 20 sm, digər çaylarda isə 5-8 sm artıb.
APA