2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Ayrılan müddət ərzində rezidenturaya qəbul olan 504 nəfərdən 496 nəfəri müvafiq sənədlərini təqdim edərək qeydiyyatdan keçiblər. 8 nəfər qeydiyyat prosesində iştirak etməyib.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.
APA