2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilmişdir
10.1.2012

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilmiş və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilmişdir.
Hazırda “M.F.Axundzadə İli”-nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə İli”-nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.