Günün qoroskopu
24.9.2013

Qoç - emosiya və hisslərin təsirinin güclü olacağı gündür. Hisslərin təlatümlü burulğanına fikir verməyərək seçdiyiniz marşrut üzrə hərəkət edin, bəlirlədiyiniz planın çərçivələrindən çıxmayın.

Yaşam arealındakı adi yerdəyişmə və ya rekonstruksiya narahatlıq yaratmaqla yanaşı, yaxın ətrafdakı insanların narazılığına səbəb ola bilər.
Yeni ideyaları ciddi təhlil etmədən onları reallaşdırmağa tələsməyin.

Başqalarının fəaliyyət, əməl və motivlərini dəyərləndirməyə tələsməyin.

İşlərinizi irəli apara biləcək mövzuya xüsusi diqqət yetirin.
İndi uğurlarla uğursuzluqları ayrıd edin. Fərqli hədəflər seçə bilərsiniz.

Buğa - əvvəlki günlərlə müqayisədə işlər daha çoxdur. Ötənlərdəki uğurlarınızdan biri indi aktual məsələni həll etməyə imkan verir.

Şəxsi münasibətlər müstəvisində olan fikir ayrılığının tənzimlənməsi, əlaqələrin nizama salınması, barışıq və yeni tanışlıqlar zamanıdır.

Yaşamın artıq rahatlığını düşünsəniz də, stress və gərginliyin yox olmamasına dəlalət edən nişanələr aşkarlanır.
Baş verənlərə real baxın, çünki bütün bunlar nüfuzlu şəxslərdən biri ilə münasibətlərdə daha çox təcrübə, qarşılıqlı anlaşma əldə etmək üçün imkandır.
Şərtlərin diqtə etdiyi işlərlə məşğul olun.

Səhhətinizin qayğısına qalmağı unutmayın. Özünüzü gücə salmayın. Yorulsanız, dincəlin.

Əkizlər - "şər deməsən, xeyir gəlməz" prinsipi ön plana keçir.

Günün ilk yarısında gərginlik maksimum həddə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq. Var qüvvənizi səfərbər etmək məcburiyyətində qalacaqsınız. Pis deyil, çünki situasiya müəyyənləşəcək və bundan sonra nə etmək gərəkdiyini biləcəksiniz.

Hisslərinizin etirafına tələsməyin. Sözlər yersiz ola bilər. Diqqət nişanələri daha önəmlidir.
İşdə rəhbərlik, evdə valideynlərlə mübahisə yarana bilər.

Emosiyalarınızı tarıma çəkməyin, başqalarının sinirlərinin gərilməsini də sakit qarşılayın.
Hansısa ideyaya əsassız olaraq inanmayın, aldanmayın.
Qərarlar dəyişə bilər.

Xərçəng - emosional baxımdan çətin gündür. Yaxın ətrafınızdakı insanların ünvanına kəskin tənqid və sərt iradlardan çəkinin.
Həddən artıq eqoist, təşəxxüslü olsanız, sizə qarşı "ittifaq" yaradılacaq.

Cari işləri və maliyyə məsələlərini ciddi nəzarətdə saxlayın. Yalan, fırıldaq, uğurlarınızın mənimsənilməsi cəhdləri olacaq. Başqalarının motivləri, hərəkətlərini dəyərləndirməyə tələsməyin. Cavab reaksiyanız sərt olmasın.

İrəliləyişinizi təmin edəcək nüansları arayın.
Günün ikinci yarısında yeni orientirləri bəlirləyin.

Yeni və maraqlı görüşlər ola bilər. Ötənlərdəki səhvlərlə yanlışlıqların qiymətləndirilməsi ilə məşğul olub bədbinləşməyin.

Yeni perspektivləri araşdırın.

Şir - yaşananlarla bağlı səthi fikirlər söyləməyin, proseslərin məğzinə varmağa çalışın. Olayların verdikləri siqnallara fikir verin.

Mühüm mövzulardan birini başa vurun, yeni orientirlər formalaşdırmağa başlayın. Həddən artıq yüksək ambisiyalar, cari situasiyada süni təcillənmə və sürətlənmələr, gərəksiz təşəbbüs əlavə problemlər yarada bilər.

Tərəfdaşla anlaşılmazlıq stressə səbəb olmamalıdır.
İşlərin mövcud axarınının narazılıq yaratdığı hallarda problemlərin konstruktiv həll variantını arayın.

Günün ikinci yarısında hadisələr əlverişli istiqamətdə spontan inkişafda olacaq.

Tərəfdaşlarla rollar düzgün müəyyənləşdirilibsə və kəskin fikir ayrılıqları yoxdursa, ümumi məqsəd səyləri sinxronlaşdırmağa imkan verəcək.

Qız - mövqelərinizi möhkəmləndirəcək və stabillik hissi yaradacaq işlərlə məşğul olun.

Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. Bütün bunlara rəğmən, intellektual və fiziki yükün səviyyəsi artıq olmamalıdır.
İdeyalar, hesablamalar və vədlər az sonra formatını dəyişəcək.

Tələsməyin, heç nə imzalamayın, planlarınızı kimsə ilə bölüşməyin.
Səhhətiniz qəflətən pisləşə bilər.

Günün ikinci yarısında sayıq davranın, emosiyaların məntiqi üstələməsinə imkan verməyin.
Ünsiyyəti ən cari və qaçılmaz təmaslarla məhdudlaşdırın.

Narahatlıq və nigaranlıq səviyyəsini azaltmaq üçün çalışın, diqqətinizi işə yönəldin.
Axşam saatlarında aktiv istirahəti seçin.

Münasibətlərdə qarşılıqlı anlaşmaya nail ola bilərsiniz.

Tərəzi - işgüzar əlaqələr və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır. Spontan problemlər yeni əlaqə və təmas sxemlərinin işə salınmasını tələb edir. İndi əsas məsələ təhlükəsizliyinizin bünövrəsini təmin edən dəyərləri və ünsürləri qorumaqdır.

Tərəfdaşın yeni istəyi və ya açıqlaması sizdə güclü emosional reaksiyaya səbəb ola bilər. Səbrli, təmkinli olsanız, şəxsi münasibətlərdə sizi uzun müddətdən bəri narahat edən müşkülün çözümünü tapacaqsınız.

Axşam saatlarını ev işlərinə həsr edin. Normal istirahət edin.
Alış-veriş üçün münasib zamandır.

Əqrəb - etiraf etməsəniz də, yaxın ətrafınızdakı insanların yaşamlarına təsir edirsiniz. Adi məsləhətiniz kiminsə konkret məsələyə olan baxışı ilə yanaşı, mövqelərini də dəyişə bilər.

Emosional məzmun, rəğbət və konkret hisslər şəxsi münasibətlərlə yanaşı, işgüzar perspektivdə də əhəmiyyət kəsb edir.
Günün ikinci yarısında diqqətli, həssas olun. Ailə üzvlərinizin yardım və dəstək istəklərini nəzərə alın.

Axşam saatlarında qonaq qəbul edin və ya valideynlərə baş çəkin. Ailə məsələləri aktual deyilsə, yaşam arealını qaydaya salın.

Oxatan - durumunuz və mövqeləriniz səbatlıdır. Sizinlə eyni işi görən insanlarla təmaslarda diqqətli olsanız, vəziyyət daha da yaxşılaşa bilər.

Rəğbət hissi önəm kəsb edir. Tərəfdaş və ya müttəfiqlərinizi heç bir halda tənqid etməyin. Yeni ideyalar yarana bilər.

Günün ikinci yarısında uzaqdan gələn xəbərlərə diqqət verin. Məktublara cavabları gecikdirməyin. Axşam saatlarında xoş istirahəti seçin.
İnternetdə informasiya axtarışı, yazışma yaxşı nəticə verə bilər.

Yeni tanışlıq və ya faydalı məqamın tapılması istisna deyil.

Oğlaq - əsaslı və miqyaslı işə başlamaq fikriniz varsa, çətinlikləri gözləyin. Aktivliyinizi azaltmaq istəyən insanlar var.

Onlar qarşınızda qəribə, hətta əcaib sədlər yaratmaq istəyirlər. Lakin dürüst istiqamətdə hərəkət etdiyinizə əminsinizsə, problemlərin həlli asan olacaq.
Günün ikinci yarısında gərginlik səviyyəsi maksimuma çata bilər.

Xoşagəlməz faktlar ortaya çıxacaq, fəaliyyət metodlarını dəyərləndirərək daha əlverişli yolu tapmağa vadar edəcək.
Ənənəvi təmaslarla müqayisədə daha intensiv ünsiyyətin baş tuta biləcəyi görüşdən imtina etməyin.

Günün ikinci yarısı məhsuldar zamandır. İnqilabi dəyişikliklərə can atmayın, çevriliş arzusu ilə yaşamayın.
Əlaqələri bərpa edin, planlarınızın dəstəklənməsinə nail olun.

Dolça - ideyalarla planların saf-çürük edilməsi və yalnız öhdəsindən gələ biləcək planların saxlanması vaxtı çatıb. Tamahkarlıq etməyin, çünki ifrat yük sizdə izafi yorğunluq yarada bilər. Maliyyə məsələlərində və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin.

Çalışdığınız sahənin müəyyən hissəsini qaydaya salmaq, narahatlıq hissi yarandığı təqdirdə informasiyanı sistemləşdirmək olar.
Günün ikinci yarsı alış-veriş üçün faydalıdır. Bəzi problemlər iştirakınız olmadan həll olunacaq.

Başqasının nəzarətində olan məqamları kontrol altına almağa tələsməyin.

Balıqlar - yaşam arealı ilə yanaşı, lokal məkanların əsaslarını təmizləmək zamanı gəlib.

İşlərinizdə köklü dəyişikliklərə can atın.
Həddən artıq aktiv olmayın. Həssas və sayıq davranın, yaşananları müşahidə edin.

Elə indi yardım və dəstəyinizə ehtiyac duyan insan var. Hiss və maraqlarınızı ön plana çıxararaq yanınızdakı insanların niyyətlərini qulaqardına vursanız, sizi yanlış anlayacaqlar.

İntuisiyanızı dinləyin, amma emosiyaların əsiri olmayın, hisslərin toruna düşməyin. Mühüm qərar qəbul etməzdən əvvəl yaxşı düşünün.
Tapşırıq verəndə dəqiq, səlis olun.

Milli.Az