Bu kafe qızıl tozu qatılmış çay təklif edir
24.9.2013

Dubayın ən dəbdə olan kafesi “Art Cafe Mocca”da müştərilərə qızıl tozu qatılmış çay təklif edir.

Çay üzərinə 22 karat qızıl tozu (91,67% təmiz qızıl) layı hopdurulmuş çay yarpaqlarından dəmlənib. İçki iki həftə qabaq satılmağa başlayıb və xüsusi reklam qiyməti ilə 55 dirhəmə (15 dollara) satılıb.

Çay masaya verilməzdən qabaq uzun yol keçir. Onu Seylonda xüsusi plantasiyada yetişdirirlər. Sonra onu Almaniyaya yola salaraq üzərinə qızıl layı çəkirlər, sonra isə Mərakeşdə ona xüsusi ətir vururlar.

Kafenin sahibi Ərəf Mahran əmindir ki, çay sağlamlıq üçün çox yararlıdır, əsəb gərginliyini və fiziki yorğunluğu götürür. Bu bahalı çay Dubayın nəzarət orqanlarının icazəsi ilə satılır və sağlamlıq üçün tam təhlükəsizdir. Həm də yeni deyil, onu Çində, Hindistanda və qərb ölkələrində çoxdan dəmləyirlər.

ANS PRESS