Azərbaycanda “Ümumdünya turizm günü”nün qeyd olunması münasibəti ilə muzeylərə, qoruqlara, abidələrə giriş pulsuz olacaq
24.9.2013

27 sentyabr dünyada Ümumdünya Turizm Günü kimi qeyd olunur.

GoMap.az portalın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.