İstedadlı ifaçı Fuad Əsədov “X-faktor” layihəsinin Ukrayna versiyasının münsiflərini heyran qoyub.
Ukraynanın STB kanalında “X-faktor” musiqi teleşousunun dördüncü mövsümü start götürüb.
Qeyd edək ki, bu layihə “The X Factor” Britaniya layihəsinin lisenziyalı versiyasıdır. Şounun hədəfi vokal istedadları olanları aşkar etmək və onların inkişafına şərait yaratmaqdır. Bütün iştirakçılar ictimai dinləmələr yolu ilə seçilir.
Şounun bu mövsümünün ən çox müzakirə olunan iştirakçılarından biri azərbaycanlı Fuad Əsədov olub. “3 Doors Down”-un repertuarından “Here without you baby” mahnısı ifa edən Fuad münsiflərdən İrina Dubtsova, Seryoqa və İqor Kondratyukun rəğbətini qazanıb.
Video
gun.az