Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti iki markadan ibarət “Azərbaycan milli rabitəsi” seriyasını təqdim edib.
Marka seriyasının üzərində rabitə və informasiya texnologiyalarına dair təsvirlər yer alıb.
Markaların nominal dəyəri 50 qəpik təşkil edir.
Bununla yanaşı, Azərbaycanın görkəmli şairi Məmməd Arazın şəklinin təsvir olunduğu yeni poçt markası buraxılıb. Markanın nominal dəyəri 20 qəpiyə bərabərdir.
gun.az