Bu geyimləri istənilən yerə geyinmək olar - FOTO
24.9.2013

Açıq bleyzerlər
Açıq rəngli pencək modelinin geyimi tamamilə dəyişdirə bilmək özəlliyi var: tişört və cins şalvarı daha eleqant göstərir. Belinə taxılan kəmər sayəsində sizə seksual gecə geyimi alternativi təqdim edə bilər. Son zamanların ən aktual neytral tonları, qara və ağ ilə də xoş uyğunluq təşkil edir.

Qırmızı qolsuz don
Bəzi modellər olduqca dəbə minə bilər, ya da çox demode olar. Amma sırf qolsuz, sıfır yaxa, düz kəsim don hər zaman klassika olaraq qalır. Bantlı sandallarla və təbii makiyajla gözəl görünəcək, həm də çox rahat olacaqsınız. Rəsmi görüşə tələsirsinizsə, qırmızı donu tünd bir pencəklə kombinasiya edə bilərsiniz. Bu rəng aksessuarlardan gen-bol istifadə etməyə icazə vermir. Qırmızı rəng çox diqqət çəkən rəngdir.

Klassik qələm ətək
Bu dar görüntü (sizə yaxşı oturmalı, amma çox dar olmamalıdır) sizə bütün günü istədiyiniz məkana getməyə icazə verəcək. Çox ciddi görünməməkdən ötrü pencək geyinməyin və köynəyinizin qollarını qatlayın Qırmızı dodaq boyası və qalın topuqlu ayaqqabı ilə kombinasiya etsəniz, daha eleqant və zərif görünəcəksiniz. Gecə dəvətləri üçün isə dərin sinə dokolteli köynəklə dəyişdirə bilərsiniz.

Ağ köynək
Hər bir qadının qarderobunda mütləq ağ köynək də olmalıdır. Onu dolabdan çıxarın və hazırlığa başlayın. Bütün düymələrini bağlayıb sadə boyunbağı taxaraq stilinizə eleqantlıq daxil edə bilərsiniz. Gecə ziyafətləri üçün nəzərdə tutulmuş ətəklə ilk iki düyməsi açılmış və qolları qatlanmış halda kombinasiya edərək kokteyl tərzini yarada bilərsiniz.

Tünd və qısa kurtkalar
Bu kurtkaların çox rahat olduğu qədər bədən quruluşunu incə göstərdiyindən əminik. Hər hansı cins şalvarla geyinib gözəl stil yarada bilərsiniz. Maraqlı akssesuar taxmağı isə unutmayın.

Publika.Az