Azərbaycanda 3 yeni tibb kolleci yaradılıb
25.9.2013

Azərbaycanda 3 yeni tibb kolleci yaradılıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin sentyabrın 19-da imzaladığı qərara əsasən Cəlilabad, Quba və Saatlı Tibb kollecləri yaradılıb. Yeni tibb kolleclərinin yaradılması Səhiyyə Nazirliyinin təklifi nəzərə alınmaqla, səhiyyə sahəsində orta tibbi kadr atışmazlığını aradan qaldırmaq məqsədi daşıyır.

Yeni tibb kollecləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

APA