Astarada əmək yarmarkası keçirilib
25.9.2013

Sentyabrın 24-də Astarada əmək yarmarkası keçirilib.

Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun verdiyi məlumata görə, yarmarkaya rayonun 22 idarə, müəssisə və təşkilatından 179 boş iş yeri çıxarılıb. Bunlardan 137-si dövlət, 42-si isə özəl təşkilatlardan olub.

Əmək yarmarkasında işə düzəlmək məqsədilə 60 nəfərə göndəriş vərəqəsi verilib. Onlardan 53 nəfəri peşə və ixtisasına uyğun işlə təmin edilib.

APA