99 yaşında atestat aldı
25.9.2013

ABŞ-ın Ayova ştatının sakini Odri Krebtri 99 yaşında atestat alıb.

Odri 1932-ci ildə təhsilinin sonuncu ilində çox dərs buraxdığına görə atestat almağa 1 balı çatmayıb.

Odrinin məktəbi buraxmağının səbəbi isə o idi ki, o, üzgüçülük zamanı zədələnmişdi və məktəbə gedə bilmirdi. Daha sonra isə o ailə qurdu və başı uşaqların tərbiyəsinə qarışmışdı. 2 aydan sonra sonra isə yoldaşı rəhmətə getmişdi. Bundan sonra o 28 il gül dükanı işlətməklə dolanıb.

Dünən Krebtriyə çox gözlənilən atestatı təqdim edildi. Məktəbin nümayəndələri “Onun biznesdəki təcrübəsi attestata layiq olduğuna əsas verib”, - deyə bildirib.

ANS PRESS