3 tonluq piroq bişirildi
25.9.2013

Milli bayram münasibətilə Səudiyyə Ərəbistanının kulinarları dünyada ən böyük - təqribən 3 ton ağırlığında piroq bişiriblər.

Bu barədə məlumatı “Emirates 247” agentliyi yayıb. Məlumata əsasən, Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının bu günlərdə qeyd edilən 81-ci ildönümü münasibətilə ölkənin kulinarları dünyada ən böyük piroq hazırlayıblar.

Bu nailiyyət artıq Ginnesin rekordlar kitabına daxil edilib.

35 aşpazın dörd gün ərzində hazırladığı bu piroqun çəkisi təqribən 3 ton, uzunluğu 12 metr, eni 9 metrdir. Kulinarların “şah əsəri” 102 kvadratmetrlik yer tutur. Bu piroqla Ciddədəki kral Əbdül Əziz aeroportunda 9500 səudiyyəlini və krallığın qonaqlarını yedirtmək mümkün olub.

Gün.Az