Qışda Bakı-Kiyev aviareyslərinin sayı artırılacaq
25.9.2013

“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) qış mövsümündə Kiyev- Bakı aviareyslərinin artırılması üçün tərəfdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən şəhərlər arasında uçuşlar həftədə səkkiz dəfəyə çatdırılacaq.

Bakı ilə Kiyev arasında həftə ərzində səkkiz resysin həyata keçirilməsi 27 oktyabr 2013-cü ildən 29 mart 2014-cü ilədək olan dövrü əhatə edəcək. Uçuşlar “Boeing- 737” və “Airbus-320” təyyarələri ilə həyata keçiriləcək.

Bildirək ki, “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti fevraldan Kiyev-Bakı aviareysi üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb. Uçuşlar həftədə üç dəfə olmaqla, çərşənbə, cümə və bazar günləri həyata keçirilib.

Gün.Az