"Xan Şuşinksi" Fondu məktəblilər arasında musiqi müsabiqəsi keçirir
25.9.2013

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və "Xan Şuşinksi" Fondunun təşkilatçılığı ilə məktəblilər arasında musiqi müsabiqəsi keçirilir.

"Xan Şuşinski" Fondunun prezidenti və təsisçisi, sənətkarın övladı Bəyimxanım Verdiyeva Trend-ə bildirib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında milli musiqiyə marağı artırmaqdır. Müsabiqənin artıq I turu başa çatıb və istedadlı gənclər seçilib. Oktyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin yekun turu keçiriləcək.

Müsabiqənin münsiflər heyətində respublikanın xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Ramiz Quliyev kimi sənətkarlar təmsil olunur.

Müsabiqədə I yer - 1000, II yer - 500, III yerin qalibi isə 300 manat pulla mükafatlandırılacaq.

Trend