“Infobip” beynəlxalq mobil texnologiyalar və ödənişlər provayderi Yaponiya bazarının həm yerli, həm də beynəlxalq kontent provayderləri üçün nəzərdə tutulan “¥Coins” virtual valyutasının dövriyyəyə buraxıldığını bəyan etmişdir.
“¥Coins” valyutasının dövriyyə buraxılması sayəsində “Infobip” iştirak etdiyi Yaponiya bazarında bu növ xidmət təklif edən ilk beynəlxalq ödəniş provayderi olmuşdur.
Mobil və ya onlayn istifadəçilər virtual valyutanı birbaşa mobil billinq vasitəsilə əldə edə bilərlər. Bu halda lazımi məbləğ müştərinin mobil hesabından çıxılır. Bu xidmətdən Yaponiyanın bütün mobil operatorlarının şəbəkəsində istifadə etmək mümkündür. Bundan əlavə, hesaba pul köçürülməsi üçün oyun kartları da ödəniş vasitəsi kimi qəbul olunur.
“Infobip” “¥Coins” servisi sentyabrın 19-dan 22-dək Tiba şəhərində keçirilən “Tokyo Game Show” sərgisində təqdim edilmişdir.
AzərTac