Azərbaycanlı DJ ALIGEE və “AzeriLife Inc” qrupu tərəfindən çəkilişlərinə start verilən “Earthquake on the dance floor” (“Rəqs meydançasında zəlzələ”) adlı mahnının klipi artıq hazırdır. “Dutch house” janrında yazılan trekin musiqisi DJ ALIGEE sözləri isə AKADEMİYA musiqili televiziya layihəsindən tanınan Erkin Love-a aiddir. Klipin rejissoru “Earthquake on the dance floor” adlı mahnının ifaçılarından olan Emil Nəsirov-dur.
Gənclərin zövqünü oxşayacaq musiqi çarxını Emil Nəsirov, Rasif Babayev və Mina İsrafilova ifa edib.
Qeyd edək ki Earthquake on the dance floor mahnısı 2011 il noyabr ayından etibarən MDB və Baltikyanı ölkələrinin bir çox radiostansiyalarında səslənir. Qrup “AzeriLife Music Entertainment” prodüser mərkəzinin nəzdində yaradılıb və fəaliyyət göstərir. Sizə klipi təqdim edirik.
“Rəqs meydançasında zəlzələ”