Azərbaycan Beynəlxalq Bankı “Qiblə Kart” adlı məhsulunu müştərilərə təqdim edir
25.9.2013

Azərbaycan Beynəlxalq Bankı Avropa bankları arasında ilk olaraq islam bankçılığı qaydalarına cavab verən yeni “Qiblə Kart” adlı məhsulunu müştərilərə təqdim edir.
Debet MasterCard Platinum bazasında hazırlanmış kartın üzərində dünyanın istənilən ərazisində qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompası yerləşdirilib.

“Qiblə Kart” sahibləri Bakı şəhərinin bir çox xidmət və ticarət obyektlərində bu kart vasitəsi ilə nağdsız ödənişlər apara bilər və müxtəlif endirim və güzəştlər əldə edə bilərlər.

Eyni zamanda kartın balansında mövcud olan nağd vəsaiti bankomat və POS-terminal vasitəsilə əldə etmək olar. Həmçinin kart debet rejimində bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması, borcun ödəmə müddətinin sonunda müzakirə olunur. Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə borc limiti bərpa olunur.

Qeyd edək ki, bank 2012-ci ildən etibarən İslam Bankçılığı departamenti vasitəsilə müştərilərə islam bankçılığı məhsul və xidmətlərini təklif edir.

gun.az