Azərbaycan Şərq ilə Qərbin qovşağında yerləşən böyük Odlar diyarıdır. Qərb müasirliyi ilə yanaşı biz öz şərq ənənələrimizi də unutmuruq.
Biz öz keçmişimizdən ilhamlanaraq bu günümüzü və gələcəyimizi qururuq.
Biz Azərbaycan vətəndaşı olaraq tez-tez tələsiyə düşür və bizi əhatə edən gözəlliyi görmək fürsətimiz olmur. Bu, istər gözəl Xəzər olsun, istər möhtəşəm Qafqaz dağları və ya tarixi binalar, istərsə də müasir incəsənətin təkrarolunmaz əsərləri.
Həm tablonu gözəl mənzərə ilə bəzəmək, sağa-sola baxaraq hər şeyi kənardan görməyə cəhd etmək, həm də respublikamızın qonaqlarının doğma mədəniyyətə baxışları bizə malik olduğumuzu qiymətləndirməkdə kömək edə bilər.
Lippman ilə tanışlıq
Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti möhtəşəm layihəni sizlərə təqdim edir. Layihə çərçivəsində görkəmli fotoqraf Piter Lippman ölkəyə dəvət olunub.
Lippmanın foto-linza ilə silahlanan iti baxışı bir neçə gün ərzində Azərbaycan xalqının qüruruna yönəlib. Nəticə olaraq Heydər Əliyev Mərkəzində sərgi təşkil olunub. Nəfis Azərbaycan yeməkləri, cins atları, meyvələri, tərəvəzləri, çay içmək mədəniyyəti və bir çox başqa şeylər Lippmanı son dərəcəruhlandırıb.
Piter Lippman Parisdə yaşayan amerikalıdır. Əgər Lippmanın üslubuna nəzər yetirsək, o, yəqin ki, postmodernistdir. O hər bir işinə can qoyur və rəngləri daha çox qabardır. Detalların təbii çalarları qismən gözə çarpır, ya da ki, tamamilə təbii, ancaq gözü yormayan parlaq rənglərdə təqdim olunur.
Piter Lippman natürmortlarda, reklamda və parlaq fotolarda ixtisaslaşan “rəssam-fotoqrafdır”. Moda paytaxtının 54 yaşlı sakini ölkənin “vip” şəxslərindən biridir və əşyaları təsvir etmə istedadına görə, təsvir olunan əşyaların dəbdəbəsində və qlamurunda maraqlı olan digər ölkələrdə də ona tələbat var.
Öz həyatı boyu Lippman Fransanın, Birləşmiş Ştatların və başqa ölkələrin bomond jurnallarının və brendlərinin çoxunda çalışıb. Onların arasında “Cartier”, “Chanel”, “Marie Claire”, “New York Times magazine”, “London Sunday Times” və s. var.
Piter Lippmanın işlərinə nəzər yetirsək, onun nadir ahəngdarlıq yaratmaq qabiliyyətini görərik. Bu yolla, o, “Cartier” saatlarını hamar suyun üzərində onlarla üz-üzə gələn aliqator balası ilə uzlaşdırır, Kristian Lubutendən olan qadın ayaqqabısı isə ХIХ əsrin gözəl qadınlarının rəsmində gizlədilib, ya da ki, üstündə meyvələr və içi dolu giləmeyvə olan nəlbəkidən yeyən ayının olduğu süfrənin üzərinə atılıb.



Gün.Az