“Qızıl kəlmə - 2013” mükafatı laureatları ilə görüş keçirilmişdir
25.9.2013

Sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının qarşısında III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində “Qızıl kəlmə - 2013” mükafatı laureatları ilə görüş və “Müəllif günü” keçirilmişdir.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu 2013-cü ildə “Qızıl kəlmə” mükafatına layiq görülmüş şair Adil Cəmil, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, yazıçı-publisist Mustafa Çəmənli və digər tanınmış ədiblər, onların yaradıcılıq uğurları barədə məlumat vermişdir.
Tədbirdə, həmçinin “Müəllif günü” keçirilmiş, oxucularla yazıçıların ədəbi diskussiyası olmuşdur.

AzərTac