Sentyabrın 30-da “Park İnn” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə birinci Azərbaycan milli tərcümə forumu” keçiriləcəkdir.
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının yaranmasının iki illiyi və Beynəlxalq Tərcümə Günü münasibətilə keçiriləcək tədbir tərcümənin mədəniyyətlərarası kommunikasiyada rolu, dilçiliyin müasir problemləri, Azərbaycan dilinin müasir çağırışlara uyğunlaşdırılması məsələlərini müzakirə etmək məqsədi ilə 200-ə yaxın tərcüməçi, dilçi, jurnalist və digərlərini bir araya gətirəcəkdir.
AzərTAc