Yerli turizm şirkətləri Parisdə keçirilən “Top Resa 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyinə istinadən verilən xəbərə görə, sərgidə 6 yerli turizm şirkəti, “Geo Travel”, “Gilan Tourism”, “Millennium Tourism and Congress DMC”, “RVS travel”, “Billur Tur” və “SW travel” şirkətləri təmsil olunur.
Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirmək üçün 60 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün xüsusi yer ayrılıb. Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, “Top Resa” Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə Azərbaycan ilə yanaşı, 164 ölkədən 1200-ə yaxın şirkət təmsil olunub.
gun.az