Krımda, Qara dənizin dibində, mütəxəssis dalğıclar sirli qala tapıblar.
Bu barədə Qara dəniz mərkəzinin sualtı arxeologiya bölməsinin rəhbəri Viktor Vaxoneyev məlumat verib.
Alimin sözlərinə görə, 30 il qabaq Kerçensk yarımadasının sahillərində sualtı şəhər Akra kəşf edilib.
“Bu il biz dənizin dibində böyük qala tapdıq. Bu qala nə vaxtsa müdafiə məqsədilə istifadə edilib. Obyekt haqqında hələ 1980-ci illərdə məlumat daxil olub. Lakin qum dalğalar imkan verməyib ki, onun yeri dəqiqləşdirilsin. Daxili qazıntılar zamanı müəyyən etdik ki, qalanın hündürlüyü 1-1.2 metr olub.
Lakin alimlər qalanın nədən müdafiə üçün tikildiyini hələ müəyyən edə bilməyiblər.
publika.az