Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 540 illiyi və bərpasının 20 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 2012-2013-cü illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, arxitekturası, tarixi, eposları, mətbəxinə dair “Azərbaycan-Polşa seriyaları” adı altında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.
Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki, bununla əlaqədar olaraq ölkəmizin Varşavadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində “Azərbaycan eposları” seriyasından “Koroğlu” dastanı İSBN kodu ilə nəşr olunmuş, ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilmişdir.
baku-art.az