Çinin Futszyan əyalətinin inzibati mərkəzi olan Fuçjou şəhər xəstəxanasının həkimləri avtomobil qəzası zamanı burnu zədələnmiş 22 yaşlı Syaolyanın alnında yeni burun əkiblər.
Bu barədə “The Daily Mail” yazır.
Avtomobil qəzası ötən ilin avqustunda baş verməsinə baxmayaraq, Syaolyan həkimə müraciət etməyib, nəticədə burun qığırdaqları korroziyaya uğrayıb və o qədər deformasiya edib ki, onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayıb.
Cərrahlar xəstənin qabırğasından götürülmüş dəri qatı və qığırdaq genəldicisinin köməyi ilə alında yeni burun yetişdirmək qərarına gəliblər. Daha sonra isə planda yeni burunu zədələnmiş köhnə burunun yerinə transplantasiya etməkdir.
Gün.Az