Günün ulduz falı
11.1.2012

Qoç - Müəyyən bir mürəkkəb işə diqqətinizi cəmləməli olacaqsınız və bu zaman aydın olacaq ki, bilikləriniz yetmir, kimisə köməyə çağırmaq lazımdır. İşdə ciddi narazılıqlar mümkündür: sizin nöqteyi-nəzərinizi nə rəhbərlik, nə də kollektiv dəstəkləmir.
Günün emosional fonu da özünüzü rahat hiss etməyə imkan vermir. Sizə elə gəlir ki, ən yaxın adamlarınız daxil, heç kim sizi anlamır. Axşama doğru gərginliyiniz artacaq və bu dəfə ətrafdakıları siz qıcıqlandıracaqsınız.

Buğa - Çox uğurlu gündür. Günün birinci yarısı peşə uğurları vəd edir. Üstəlik, qələbə qazanmaq üçün zəhmət çəkməli olmayacaqsınız. Nüfuzlu hamilər tapa, rəhbərliyin dəstəyinə güvənə bilərsiniz. Əməkdaşlarınız sizin uğurlarınıza paxıllıq edəcək, amma sizə pislik etməyə cəhd göstərməyəcəklər.
Şəxsi münasibətləriniz ahəngdardır. Ailə üzvləri və sizin üçün dəyərli olan digər şəxslərlə ünsiyyət üçün münasib gündür. Günün ortasında maraqlı tanışlığınız gözlənir. Odur ki, ictimai tədbirlərdə iştirakdan imtina etməyin.

Əkizlər - Yorucu və çətin gündür. Yolunuzda maneələr çoxdur və onların hamısını məhz bu gün aşmaq lazımdır. Nəfəs dərməyə vaxt yoxdur. İş ortaqlarınız və ya rəhbərliklə mübahisələr gözlənilir, hətta bu, əməkdaşlığın birdəfəlik kəsilməsinə səbəb ola bilər.
Günün ikinci yarısı xoşunuza gəlməyən şəxslərlə görüşüb, sərt müzakirələr aparmaq məcburiyyətində qala bilərsiniz. Neqativ emosiyalar əhvalınızı korlaya bilər. Mümkün qədər bu cür situasiyalardan kənar qaçın, çünki səhhətiniz pisləşə, başağrısı, yuxusuzluq yarana bilər.

Xərçəng - Gününüzü xırda məişət məsələlrinin həllinə həsr etməli olacaqsınız. Bu isə əsas məqsədinizə çatmaqda sizi ləngidir. Amma unutmayın ki, xırda işləri atmaq olmaz. Onları görüb qurtarmasanız, çətin ki, bir nailiyyət əldə edəsiniz. Qorxmayın: enerjiniz çoxdur, bir qədər özünüzdə ruh yüksəkliyi yaradın, qollarınızı çırmayıb işə girişin.
Etibarlı köməkçilərin olmaması qanınızı qaraldır. Sizə yardım söz verən insanlar qəfildən yoxa çıxır və bu hərəkətlərini izah etməyə heç çalışmırlar da. Maliyyə itkiləri mümkündür. Planlaşdırmadığınız alış-verişə getmək məsləhət deyil.

Şir - Yaxşı ideyalar yaranır, yeni perspektivlər açılır. Tələsməsəniz, tezliklə böyük nəticələr əldə edə bilərsiniz. Keçmiş iş ortaqlarınız peyda olacaq. Mümkündür ki, əvvəlki iş yerinə qayıdasınız. Peşəkar əlaqələrin bərpası, yeni əməkdaşlıqların başlanması üçün yaxşı vaxtdır: bu gün siz öz şərtlərinizi diktə edə bilərsiniz.
Yaxın adamınız sizi sevindirəcək. Ətrafınızdakıların sizi anlayaraq dəyər vermələri sizin üçün xoş sürpriz olacaq. Axşam maraqlı tanışlıqlar gözlənilir, amma bunun eşq macərasına çevrilməsi ağlabatan deyil.

Qız - Bir tərəfdən, işlər elə də pis getmir, o biri tərəfdən - aydındır ki, planlarınızı indiki vəziyyətdə həyata keçirə bilməyəcəksiniz. Bir qədər səbrli olmalısınız. İşdə çox tez-tez münaqişələr yaranır, konstruktiv müzakirələr barədə danışmağa dəyməz. Əlinizin altında işləyənlərlə dil tapa bilmirsiniz, rəhbərlikdən isə aralı dursanız, ağıllı iş görmüş olarsınız. Eyni zamanda, müstəqil fəaliyyət göstərənlərin işi rast gətirir.
Bu gün dostlarınızla yaxşı vaxt keçirə, sizi narahat edən məsələləri müzakirə edə, yaxşı məsləhət və real yardım ala bilərsiniz. Əlinizə pul gələcək.

Tərəzi - Gün xoş və məhsuldardır. Vaxtınızı itirməyin: bu gün çox iş görə bilərsiniz. Günün ortasında vacib iş xəbərləri alacaqsınız, bunlara vaxtında reaksiya vermək gərəkdir. Öz təcrübə və biliklərinizdən istifadə edərək rəqibğlərinizi qabaqlaya və peşə mövqeyinizi möhkəmlədə bilərsiniz.
Şəxsi münasibətlərinizdə xoş aura hökm sürür. Ətrafınızdakılarla dil tapmaq asandır. Sizin məlahətiniz və cazibəniz qarşı cinsə rahatlıq verməyəcək.

Əqrəb - Bu gün həyəcanlarla doludur. Günün birinci yarısı xeyli təklif alacaqsınız. Bunları yaxşıca götür-qoy etməlisiniz. Pis odur ki, sizi tələsdirəcək və diqqətinizi cəmləməyə imkan verməyəcəklər. Təzyiqə boyun əyməyin! Tam məlumat almayınca və onu ən azı iki dəfə yoxlamayınca qərar verməyin. Çox güman ki, sizi aldatmaq istəyirlər.
Günün ikinci yarısı qadın cinsindən olan qohumlarınızla münasibətləriniz kəskinləşə bilər. Ümumiyyətlə, bu gün qadınlarla dil tapmaq daha çətindir. Odur ki, görüş təyin edəndə bu amili nəzərə alın.

Oxatan - Başgicəlləndirən qələbələrə və uğurlu təsadüflərə ümid etməyin. Sakit işləyərək istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Rəqibləriniz və ayağınızdan çəkən digərləri bu gün susublar, amma tərəfdaşlarınız da nədənsə sizə kömək etməyə tələsmirlər. Əlinizə pul gələcək, amma onun məbləği o qədər də çox olmayacaq.
Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə problem yarana bilər: sizi çox zaman düzgün başa düşmürlər. Bu gün romantik çalarlarla başlanan münasibətlər isə çox tezliklə sizi peşman edə bilər.

Oğlaq - Hadisələr sizin istədiyiniz kimi inkişaf etmir, bu səbəbdən yeni şəraitə alışmaq, təcili surətdə planları dəyişmək lazım gəlir. Bu, xoşunuza gəlmir, amma belə bir təcrübə sizə faydalıdır: bu gün qazandığınız biliklər gələcəkdə hələ çox karınıza gələcək.
İstənilən əlaqə və münasibətlərin möhkəmləndirilməsi üçün uyğun gündür. Küsdüyünüz insanlarla barışıq gözlənilir. İnsanları əla hiss edir, onların sirlərini asanlıqla tapır, ancaq öz məqsədləriniz üçün istifadə etmirsiniz. Bu gün çoxlarına köməklik göstərib problemlərini həll edəcəksiniz.

Dolça - Yaxşılığa doğru dəyişiklik və xoş xəbərlər arzusundasınız. Ancaq bunların heç birinin hələ zamanı gəlib yetişməyib. Odur ki, əlinizdə olanla kifayətlənməli olacaqsınız. Bu səbəbdən bir çox Dolçaların əhvalı korlanır. Həyatda yeni bir mərhələyə başlamaq istəyi o qədər güclüdür ki, bürcün bəzi nümayəndələri düşünülməmiş hərəkətlərə əl atırlar.
Dostlarınızla məsləhətləşin - onların dəstəyi bir çox səhvlərdən qaçmağa kömək edəcək. Sevgililər arasında münasibətlər gərgindir: bir çox üstüörtülü məsələlər var, amma sirlərin üstünü açmağa hələlik heç kim tələsmir. Öz yarınıza inanmırsınız, çox tezliklə ondan da eyni münasibəti görəcəksiniz.

Balıqlar - Gün, gözlədiyinizdən daha çətindir. İş münasibətləri xoşagəlməz mərhələyə qədəm qoyur, hiss edirsiniz ki, güvəndiyiniz dəstəyi itirmək üzrəsiniz. Qətiyyət göstərərək danışıqlarda uğur qazana bilərsiniz, amma eyni zamanda özünüzə çox inamlı olmalı və uğursuzluqdan çəkinməməlisiniz. Yalançı cəsarət köməyinizə gəlməyəcək və hətta işləri korlayacaq.
Dostlarınızla çox xırda məsələlər üstündə mübahisələr mümkündür. Sevdiyiniz şəxslə münasibətlərə zərər vurmaq istəmirsinizsə, güzəştə gedin.