“The Boston Consulting Group” dünyanın ən yenilikçi şirkətlərinin reytinqini tərtib edib.
“Apple” şirkəti birinci yerdə qərarlaşıb. Xatırladaq ki, adıçəkilən şirkət 2005-ci ildən bu pilləni heç kimə vermir. “Samsung” şirkəti ikinci, “Google” korporasiyası üçüncü pillədə yer alıb. Qeyd edək ki, 2008-ci ildə koreyalılar reytinqin ortalarında yerləşirdi və “Google” isə 7 il ikinci yerdə qərarlaşıb.
İlk onluqda “Microsoft” (4), “IBM” (6), “Amazon” (7) şirkətləri qərarlaşıblar. “Facebook” 5-dən 12-ci yerə düşüb. Dünyanın ən yenilikçi şirkətlərinin “TOP-10”-da, həmçinin “Hewlett-Packard” (16), “Lenovo” (22) və “LG” (25) şirkətləri yer alıb.
“The Boston Consulting Group” 2005-ci ildən müxtəlif ölkələrdə yerləşən şirkət nümayəndələri arasında sorğu keçirmək üsulu ilə reytinqi tərtib edir. 2013-cü ildə 1500-dən çox top-menecer sorğuda iştirak edib.
İctnews