Xalq yazıçısı Elçin: “Mən heç vaxt “Mahmud və Məryəm”in ekran versiyasını təsəvvür etməmişəm”.
“Bu roman 35 il bundan əvvəl yazılıb. Qələmə alınmasından belə uzun keçməsinə baxmayraq onun mövzusu bu gün də aktualdı. Mən heç vaxt “Mahmud və Məryəm”in ekran versiyasını təsəvvür etməmişəm. Baxmayaraq ki, bu 35 ildə belə ideyalarla mənə müraciət edən kino xadimləri az olmayıb. Bu gün Bakı premyerasına toplaşdığımız versiyanın ssenarisinin yazılmasında mən iştirak etməmişəm. Səhv eləmirəmsə bu, təqdim olunmuş ssenarilər arasında qəbul edilmiş dördüncü ssenaridi. Dörd il bu film üzərində gərgin iş getdi. Çəkilişlərə Azərbaycanın və Türkiyənin görkəmli aktyorları dəvət olundular... (sözünün sonunda əlindən tutub premyeraya gətirdiyi 6-7 yaşlı nəvəsinə təbəssümlə işarə edərək) Məryəm rolunu bu qız oynamalı idi...”
Bu sözləri Xalq yazıçısı Elçin dünən “Nizami” Kino Mərkəzində baş tutan ilk Azərbaycan-Türkiyə müştərək kinolayihəsi olan “Mahmud və Məryəm” filminin premyera nümayişi öncəsi KİV-ə açıqlamasında söylədi.
Nümayişin əlamətdarlığını vurğulayan filmin yaradıcı heyətinin qırmızı xalşanın üstündən keçmə mərasimi bir qədər yubandı. Qeyd edək ki, bu sırada dress-koda əməl etməyib adi geyim tərzində təşrif buyuran yalnız filmin quruluşçu rejissoru Mehmet Ada Öztekin oldu... Nümayişdən öncə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun və filmin prodüseri Sevda Kayğısızın təqdimatında filmin yaradıcı heyətinin üzvləri səhnəyə çıxaraq Nəhayət, dörd ildən bəri haqqında danışılan süjeti Gəncə xanı Ziyad xanın yeganə oğlu Mahmudla bir gecədə dünyaya gəlmiş Qara keşişin yeganə qızı Məryəmin milli, dini, sosial fərqlər, hakimiyyət və
Savaş maraqları fövqündə dayanan eşq hekayəti üzərində qurulan Elçinin məşhur “Mahmud və Məryəm” romanının ilk ekran versiyasının nümayişi başladı. Filmin çəkilişləri Azərbaycanda və Türkiyədə aparılıb. “Mahmud və Məryəm” Bakı premyarsından öncə İstanbulda nümayişlənib, ümumiyyətlə isə 9 ölkədə göstərilməsi, dünya “prokat”ına buraxılması nəzərdə tutulub. Filmdə Aras Bulut İynəmli, Eva Dedova, Xalq artisti Fəxrəddin Manafov, Məlahət Abbasova (o, həmçinin filmin baş məsləhətçisidi-red.), Mehmet Çevik, Polat Bilgin, Şamil Süleymanov, Ramiz Məlik, Şafak Başkaya, Tomris İncer, Kristina Krepela və digər aktyorlar çəkiliblər. İnandırıcılıq baxımından daha çox diqqət çəkən oyunçulardan Mahmud rolunu ifa edən Aras Bulut İynəmli və Sofo obrazını canlandıran Polat Bilginin adlarını qeyd etmək olar.
publika.az