İlin sonunun nəticələrinə görə, Azərbaycana turist gəlişində 8-12 faiz artım ola bilər.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə bağlı keçirilən tədbir çərçivəsində deyib.
Nazir bildirib ki, bu ilin birinci yarımilliyinin nəticələrinə əsasən ölkəyə turist gəlişində ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artım olub:
“Bu müddətdə ölkəyə 1 mln. 196 min turist gəlib. Beş il əvvəl isə bu cəmi illiyin yekunu idi. 2001-ci ildə isə ölkəyə gələn turistlərin sayı 436 min nəfər olub”.
O qeyd edib ki, hazırda ölkədə 516 mehmanxana fəaliyyət göstərir. 400-nün də lisenziyalaşdırılması işi tamamlanıb, qalanlarının sənədlərinə baxılır.
Gün.Az