Dünyada böyük şəhərlərin gəzməli yerləri ilə yanaşı ən çox üz tutulan yeri əlbəttə ki, restoranlarıdır.
Restoran rəhbərləri müştəri cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bəziləri menyularında, bəziləri xidmətlərində, bəziləri isə yerləşdikləri yerlə fərqlənməyə çalışırlar.
Bu gün təqdim edəcəyimiz restoran göy üzündədir. “Dinner in the Sky” adlanan bu restoranlar şəbəkəsi dünyanın 19 ölkəsinin 25 şəhərində fəaliyyət göstərir.
Xüsusi alətlə 55 metr yüksəklikdə saxlanılan bu restoranda 22 nəfər yemək yeyə bilir. Düzbucaqlı formada qurulan masanın orta hissəsində isə aşbaz, ofisiant və şoumen olur.
İlk dəfə Belçikada fəaliyyətə başlayan “Dinner in the Sky” işin keyfiyyətini yüksəltdikdən sonra Asiya, Cənubi və Şimali Amerika ölkələrində də öz şəbəkələrini qurub.
Bu restoran daşınabilən olduğu üçün istənilən yerdə qurula bilər.
Restoranın özəllikləri haqqında qeyd edək ki, müştəri stula 3 təhlükəsizlik kəməri llə bağlanır. Bu kəmərləri açmalarına icazə verilmir. Maraqlı bir məqam budur ki, təhlükəsizlik məsələlərinə görə boyu 150 sm-dən az olanlar bu restorana buraxılmır.
Saatda 2 dəfə göyə qalxan bu restoran gün ərzində 35-dən çox müştərini qəbul edə bilir.
Qeyd edək ki, “Dinner in the Sky” restoranlar şəbəkəsi aşağıdakı şəhərlərdə fəaliyyət göstərir:
Amyen, Paris (France)
Vilnus (Litva)
Çanqiqarx (Hindistan)
Rio de Janeyro, Sao Paulo (Braziliya)
Tallin (Estoniya)
Toronto (Kanada)
Barselona, Madrid (İspaniya)
Bratislava (Slovakiya)
Budapeşt (Macarıstan)
Brüssel, Moriensart, Antverpen (Belçika)
Sofiya (Bolqarıstan)
Helsinki (Finlandiya)
Jaffa (İsrail)
Dubay (Birləşmiş Ərəb Əmirlikləri)
Dublin (İrlandiya)
İstanbul (Türkiyə)
London (İngiltərə)
Las Veqas (ABŞ)
Lodz (Polşa)
Gün.Az