Azərbaycanda 27 sentyabr - Dünya Turizm Günü geniş qeyd olunmuşdur.
Bu münasibətlə sentyabrın 27-də “Fairmont Baku” mehmanxanasında aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Dünya Turizm Gününə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan söz açmışdır.
Tədbir çərçivəsində son 10 ildə ölkədə turizmə göstərilən dövlət qayğısından bəhs edən “Azerbaijan review” jurnalının təqdimatı, Avropa İttifaqının “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin “Nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatı keçirilmişdir.
AzərTAc