“Həsən bəy Zərdabi (bioqrafik qaynaqlar)” kitabı “Aspoliqraf” nəşriyyatında çapdan çıxmışdır.
Kitabda Azərbaycan milli mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr dərc olunmuşdur.
Xatirələri onun həyat yoldaşı Hənifə Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşov və tanınmış zərdabişünaslar yazmışlar.
Xatirələr toplusunu Kitab Klubundan əldə etmək olar.
AzərTAc