Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur - FOTO
30.9.2013

Sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak etdilər. Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Sonra Prezident İlham Əliyev melioratorlar, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları ictimaiyyətinin nümayəndələri və bu bölgəni təmsil edən sahibkarlarla görüşdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

AzerTAc