“Ferien Messe 2012” beynəlxalq turizm sərgisi Cari ilin 12-15 yanvar
tarixlərində Avstriyanın Vyana şəhərində “Ferien Messe 2012” beynəlxalq
turizm sərgisi keçiriləcəkdir və bu, 2012-ci il üçün Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirak edəcəyi ilk
beynəlxalq turizm sərgisidir.
Bununla əlaqədar, Nazirliyin nümayəndə heyəti sərgidə iştirak etmək
məqsədilə Avstriyanın paytaxtı Vyana şəhərinə ezam edilmişlər.