Əfqanıstanda həkimlər unikal əməliyyat keçiriblər. Onlar ikibaşlı doğulan iki aylıq qızı xilas ediblər.
Əkiz bacısı olan Əsri Gülü Cəlalabad şəhərindəki xəstəxanaya çatdırıblar. Onun anası əkiz qız dünyaya gətirib. Qızlardan biri tam sağlam olub. İkincisinin başında isə əlavə baş bitişik olub. Həkimlərin sözlərinə görə bu olduqca ağır əməliyyat olub.
Onların məlumatına görə, qızın başındakı ikinci baş üçüncü uşağa aid olub. Lakin o ana bətnində normal inkişaf edə bilməyib. Cərrahlar bu ağır əməliyyatı pulsuz həyata keçiriblər.
publika.az