“Samsung” şirkəti “Galaxy Trend 3” smartfonunu təqdim edib
30.9.2013

“Samsung” şirkəti “Galaxy Trend 3” smartfonunu təqdim edib.

O, iki SİM kartı dəstəkləyən ucuz aparatdır.

Sözügedən aparat 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekranla təchiz edilmiş və “Android 4.2” (Jelly Bean) əməliyyat sistemi ilə işləyir.

Bundan başqa, “Galaxy Trend 3”, həmçinin ikinüvəli 1,2 QHs takt tezlikli prosessor, 1800 milliamper/saat tutumlu akkumulyator və “microSD” yaddaş kartı ilə təchiz olunub.
Cihaz Çində təqdim edilib.

Gün.Az