Azərbaycan ərazisində oktyabr ayının hava proqnozu açıqlanıb
30.9.2013

Azərbaycan ərazisində oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir dərəcə aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 10-14, gündüzlər 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 24-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-23 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 6-10 dərəcə isti olacaq, ayın ikinci yarısında 3-5 dərəcəyədək enəcək, gündüzlər 15-20 dərəcə isti olacaq, ayın ikinci yarısında 10-14 dərəcəyədək enəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 4-9, ayın ikinci yarısında 0-3 dərəcə isti, gündüzlər 10-15, ayın ikinci yarısında 3-8 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-48 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, ayın ikinci yarısında 3-6, gündüzlər 16-21, ayın ikinci yarısında 10-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 30-61 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 2-4, gündüzlər 14-19, ayın ikinci yarısında 5-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 10-15, ayın ikinci yarısında 6-11, gündüzlər 19-24, ayın ikinci yarısında 14-18 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-54 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 9-14, ayın ikinci yarısında 6-9, gündüzlər 17-23, ayın ikinci yarısında 12-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 96-274 mm) olacaq.

APA