Nobel prospekti bağlandı - FOTO
1.10.2013

Bakıda daha bir əsas yol bağlandı. Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən verilən məlumata görə, Nobel prospekti şəhər istiqamətində (AFFA-nın inzibati binasının yaxınlığında) aparılan təmir işləri ilə əlaqədar yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən yolda sıxlıq müşahidə olunur. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

ANS PRESS