2012-ci ildə dahi ingilis yazıçısı Çarlz Dikkensin 200 yaşı tamam olur.
Bununla əlaqədar olaraq British Council bu ili "Çarlz Dikkens İli"
elan edib. Layihə çərçivəsində British counsil və Park Bulvar böyük məmnuniyyətlə
foto sərgi keçirəcəyini elan edir! 25 yanvar–8 fevral 2012-ci il
tarixləri arasında Park Bulvarda 12 yerli fotoqrafın 32 əsərini nümayiş
etdiriləcək! Bu fotoqraflar 3-7 dekabr 2011-ci il tarixlərində
Britaniyalı fotoqraf Suzan Parkhil tərəfindən keçirilmiş təlimin
iştirakçılarıdır. Onların hər biri Bozun Dikensin əsərlərinə çəkdiyi
eskizlərdən bir fraza seçmiş və Bakı küçələrində ona uyğun şəkil tapmağa
çalışmışlar.