Yaponiyanın “Sharp” şirkəti Tokioda keçirilən “CEATEC 2013” sərgisində “IGZO” adlı qabaqcıl ekran və “Windows 8” əməliyyat sistemi ilə işləyən ilk planşetini nümayiş etdirib.
“Mebius Pad” adlanan yeni planşet 2560x1600 piksel təsvir ölçüsünə malikdir.
“Mebius Pad” planşeti dördnüvəli “Atom Z3370” prosessoru ilə işləyir. Planşetin baza versiyasına “Windows 8” əməliyyat sistemi quraşdırılıb.
“Microsoft” şirkəti “Windows 8.1” əməliyyat sistemini çıxaran kimi yeniləmə paketini cihaza ödənişsiz quraşdırmaq mümkün olacaq.
Qeyd edək ki, planşet toz və sukeçirməz korpusla təchiz olunub. 2014-cü ilin əvvəlində Yaponiyada planşetin LTE şəbəkələrini dəstəkləyən versiyası da çıxarılacaq.
Gün.Az